Kvaratsxeliya sevgisi
26.12.2023 - 20:44
Kvaratsxeliya sevgisi

Avropanın top klublarının Xviça Kvaratsxeliyaya olan marağı davam edir.

Apasport.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 4 klubu və PSJ gürcü futbolçu uğrunda yarışa qoşulub.

"Çelsi", "Arsenal", "Liverpul", "Mançester Yunayted" və Paris təmsilçisi 22 yaşlı futbolçunu komadalarında görmək istəyirlər.
“Napoli”nin hücumçusunun mövsümün sonunda italyanları tərk edəcəyi iddia olunur. Xviçanın karyerasını daha güclü komandada davam etdirmək istəyi var.

Qeyd edək ki, bu mövsüm "Napoli"nin heyətində 23 oyuna çıxan Kvaratsxeliya 5 qol vurub və 5 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0