Kyezanın dönüşü təxirə düşdü
11.10.2022 - 09:12
Kyezanın dönüşü təxirə düşdü

“Yuventus”un futbolçusu Federiko Kyeza daha bir oyunda komandasına kömək etməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun baş məşqçisi Massimiliano Alleqri açıqlayıb.

O bildirib ki, zədədən dönüşü gözlənilən hücumçu “Torino” ilə həftəsonu baş tutacaq görüşü də buraxacaq. Bu qarşılaşma oktyabrın 15-də təşkil olunacaq.

Kyeza ilin əvvəlində əməliyyat olunub. Bərpa prosesi keçən italiyalının bu yaxınlarda bərpa prosesini yekunlaşdıracağı gözlənilir. Alleqri onun dönüşünün ən azı bir həftəlik təxirə düşdüyünü bildirib.

Qeyd edək ki, Federiko sonuncu dəfə yanvarın 9-da meydana çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0