Laport “Mançester Siti”dən gedir
06.03.2023 - 17:31
Laport “Mançester Siti”dən gedir

“Mançester Siti”nin futbolçusu Emerik Laport klubunu dəyişməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi yayda İngiltərədən ayrılmaq niyyətindədir.

28 yaşlı futbolçu “Barselona”da çıxış etmək istəyir. Artıq onun yaydakı transferi ilə bağlı ilkin danışıqlar da olub.

Qeyd edək ki, Laport Premyer Liqanın cari mövsümündə 7 oyunda meydana çıxıb.

writer photo
Əlirza Əlirzalı
0