Leaoya Premyer Liqadan təklif
23.08.2022 - 17:15
Leaoya Premyer Liqadan təklif

“Milan”ın futbolçusu Rafael Leaoya daha bir klub elçi düşüb.

Apasport.az saytının məlumatına görə, “Çelsi” hücumçunun xidmətində maraqlıdır.

İngiltərə klubu italiyalılarla danışıqlara da start verib. Premyer Liqa təmsilçisinin baş məşqçisi Tomas Tuxel transferdə şəxsən maraqlıdır. 

O, keçidin transfer pəncərəsinin sonunadək həll edilməsini istəyir. Londonlular Leao üçün bir və ya bir neçə oyunçusunu da vermək variantını təklif edib.

Qeyd edək ki, Leao ötən mövsümün 34 oyununda 11 qol vurub. 
 

writer photo
Əlirza Əlirzalı
0