“Lester” müdafiəçisini satdı
29.08.2023 - 15:12
“Lester” müdafiəçisini satdı

Belçika millisinin və “Lester”in futbolçusu Timoti Kastan klubunu dəyişib.

Apasport.az saytının məlumatına görə, belçikalı müdafiəçi karyerasını “Fulhem”də davam etdirəcək.

O, yeni klubu ilə 4+1 illik müqavilə imzalayıb. Kastanın transferi üçün 15 milyon funt sterlinq ödənilib.

Qeyd edək ki, Timoti ötən mövsümün 37 matçında 2 qol vurub. 
 

writer photo
Əlirza Əlirzalı
0