“Lester”dən “Atletiko”ya - Söyüncü
03.01.2023 - 17:50
“Lester”dən “Atletiko”ya - Söyüncü

“Lester”in futbolçusu Çağlar Söyüncünün gələcək taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi “Atletiko”ya keçəcək.

Yalnız keçidin nə vaxt reallaşacağı dəqiqləşməyib. O, İspaniya klubuna yayda azad agent kimi qoşulmalıdır. 

Amma madridlilər keçidin daha tez reallaşması üçün xərcə düşməyə də razıdır. “Atletiko” Söyüncünün qışda transfer olunması üçün danışıqlara başlayıb. Lakin “tülkülər” müdafiəçisi ilə vidalaşmağa meylli deyil.

Qeyd edək ki, “Lester” Çağları 2018-ci ilin avqustunda “Frayburq”dan 21 milyon avroya transfer edib.
 

writer photo
Əlirza Əlirzalı
0