Levandovski “Viktoriya”ya qarşı oynamayacaq - SƏBƏB
01.11.2022 - 11:55
Levandovski “Viktoriya”ya qarşı oynamayacaq - SƏBƏB

“Barselona”nın futbolçusu Robert Levandovski Çempionlar Liqasının bugünkü oyununu buraxacaq.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

Polşalı hücumçu qrup mərhələsinin VI turunun “Viktoriya” ilə matçında iştirak etməyəcək. Məşqçilər korpusu belində problemlər olan Levandovskiyə istirahət verməyi məqsədəuyğun sayıb. Bu görüşü üç sarı vərəqə üzündən Serxio Buskets də buraxacaq.

Qeyd edək ki, qrupda bütün yerlərin sahibləri dəqiqləşdiyindən son tur formal xarakter daşıyır. “Barselona” üçüncü yeri rəsmiləşdiribsə, “Viktoriya” sonuncu yeri tutub.
 

writer photo
Əlirza Əlirzalı
0