Emreli üçün yaşıl işıq: Rəqibi İngiltərəyə gedir
05.01.2023 - 20:47
Xorvatiya millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mislav Orsiç karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, 30 yaşlı futbolçu "Dinamo" ilə transferlə bağlı artıq razılığa gələn "Sauthempton"a keçəcək.
"Müqəddəslər" 8 milyon avro ödəyəcək, daha 2 milyon avro isə bonus olaraq veriləcək. Orşiç "Sauthempton"la 2027-ci ilin iyununa qədər müqavilə imzalayacaq.
Qeyd edək ki, Xorvatiya millisinin tərkibində son dünya çempionatının bürünc medalını qazanan Mislav Orşiç yığmamızın hücumçusu Mahir Emrelinin "Dinamo"dakı əsas rəqiblərindən biri idi.
0
0