Çempion “Çelsi”dən onu gətirir
09.06.2023 - 12:48
Çempion “Çelsi”dən onu gətirir

Apasport.az saytı xəbər verir ki, Mançester təmsilçisi “Çelsi”dən Mateo Kovaçiçə elçi düşüb.

29 yaşlı yarımmüdafiəçi ilə ilkin razılıq əldə edən “şəhərlilər” London klubu ilə transferin qiymətini razılaşdırmağa çalışır. Danışıqların müsbət yöndə davam etdiyi və xorvatiyalının yaxın vaxtlarda son İngiltərə çempionuna qoşulacağı bildirilir. 

Qeyd edək ki, Premyer Liqanın son mövsümündə  27 matçda iştirak edən Kovaçiç 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
 

writer photo
Əlirza Əlirzalı
0