Qnabrinin əli sındı
27.09.2023 - 09:46
Qnabrinin əli sındı

"Bavariya"nın hücumçusu Serj Qnabrinin əli sınıb.

Apasport.az saytı xəbər verir ki, hadisə Almaniya kubokunun ilkin mərhələsində "Preussen Münster"lə matçında (4:0) baş verib.

Bundestimin də şərəfini qoruyan 28 yaşlı forvard matçın 11-ci dəqiqəsində meydandan çıxmalı olub. Futbolçu yaxın vaxtlarda əlavə tibbi müayinələrdən keçəcək.

Qeyd edək ki, 2018-ci ildən Münhen klubunda çıxış edən Qnabri bu mövsüm 6 matçda 1 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0