Simoene daha üç il “Atletiko”da
08.10.2023 - 18:53
Simoene daha üç il “Atletiko”da

Dieqo Simeone “Atletiko” ilə müqaviləni yeniləyəcək.

Apasport.az saytı xəbər verir ki, Madrid klubu argentinalı mütəxəssislə ortaq məxrəcə gəlib.

Tərəflər arasında yeni müqavilə üç illik nəzərdə tutulub. Yeni razılaşmaya əsasən, Simeonenin maaşında endirim olması gözlənilir. 

Qeyd edək ki, 53 yaşlı məşqçi 2011-ci ildən “Atletiko”ya başçılıq edir. O, komandaya iki dəfə İspaniya çempionu olub və Superkubokunu qazanıb. 
 

writer photo
Əlirza Əlirzalı
0