İngiltərə Premyer Liqası mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.
Apasport.az xəbər verir ki, 8 oyunçu mükafat uğrunda mübarizə aparacaq.
Siyahıya Fil Foden, Erlinq Haland ("Mançester Siti), Kobbi Maynu ("Mançester Yunayted"), Alexander Isak ("Nyukasl"), Koul Palmer ("Çelsi"), Destiny Udogi ("Tottenhem"), Uilyam Saliba və Bukayo Saka ("Arsenal") daxildir.
Bütün namizədlər arasında Premyer Liqa mövsümündə ən çox qol vuran Erlinq Haaland (25 qol və 5 məhsuldar ötürmə) və Koul Palmer (21 qol və 9 məhsuldar ötürmə) olub. Ən çox qol vuran üçüncü oyunçu 16 qol və 9 məhsuldar ötürmə ilə Bukayo Sakadır.