Levandovskiyə yeni təklif
09.07.2022 - 22:23
Levandovskiyə yeni təklif

“Bavariya”nın hücumçusu Robert Levandovski daha bir klubun transfer gündəminə düşüb.

Apasport.az saytının məlumatına görə, “Barselona”dan sonra indi də PSJ Polşa millisinin üzvünə elçi düşüb.

Bir müddətdir onun “Barselona” ilə danışığının gedişatını izləyən parislilər artıq onu heyətə qatacağına inanır. Buna səbəb ispanların tələb olunan maliyyəni qarşılaya bilməməsidir. PSJ tezliklə almanlarla rəsmi danışığa başlayacaq.

Qeyd edək ki, “Bavariya” Levandovskinin transferindən 40 milyon avroluq gəlir götürməyi planlaşdırır.

writer photo
Əlirza Əlirzalı
0