Lionel Messi: “Barselona”ya qayıtmağım alınmadı”
04.11.2023 - 15:24
Lionel Messi: “Barselona”ya qayıtmağım alınmadı”

“Barselona"ya qayıda bilərdim, amma alınmadı”.

Apasport.az xəbər verir ki, bunu "İnter Mayami"nin hücumçusu Lionel Messi deyib.

Argentinalı futbolçu "Barselona"ya qayıdışının alınmamasına aydınlıq gətirib: “Bu, 2021-ci ildə getməli olduğum yola bənzəyirdi. “Barselona”ya qayıtmaq, karyeramı orada bitirmək barədə düşünürdüm. Həmişə istədiyim kimi idi. Amma... Bu, qeyri-mümkün idi”.

Qeyd edək ki, 36 yaşlı hücumçu 2003-cü ildən 2021-ci ilə qədər kataloniyalıların heyətində çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0