Liqa 1-ə ərəb sərmayəsi
26.01.2024 - 12:55
Liqa 1-ə ərəb sərmayəsi

Fransa klubları ərəblərin nəzarətinə keçir.  

Apasport.az xəbər verir ki, Səudiyyə kral ailəsinin üzvü, şahzadə Abdullah Saad Əbdüləziz Əl Səud bu həftə Fransaya səfəri zamanı “Marsel” və ya “Monako”nun mümkün satın alınması ehtimalını gündəmə gətirib. 

Şahzadə mətbuata müsahibəsində Liqa-1 komandalarına maraq göstərdiyini bildirib: “Düşünürəm ki, bu, Fransaya yaxşı sərmayədir. “Marsel” və ya “Monako”... Hətta hər iki komandanı birlikdə niyə də satın almayım. Onlar çempion olub daha güclü çıxış edə bilərlər. Əlbəttə, mümkündür. Mümkünsüz heç nə yoxdur”.

Qeyd edək ki, “Monako”nun sahibi Dmitri Rıbolovlev komandanı satmaq haqda düşündüyünü, yaxşı təklif olacağı halda “yox” deməyəcəyini açıqlayıb.

writer photo
Əlirza Əlirzalı
0