“Livepul”un qara siyahısı
16.11.2022 - 10:11
“Livepul”un qara siyahısı

“Liverpul”un mövsümün sonunda yollarını ayıracağı futbolçular müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun qara siyahısına üç oyunçu düşüb.

Bunlar Nataniel Fillips, Aleks Oksleyd-Çemberlen və Nabi Keytadır. “Qırmızılar” yeni mövsüm öncəsi heyətini yeniləməyə qərar verib. Bu üzdən də “üçlük” Yurgen Kloppa lazım olmayacaq.

Qeyd edək ki, Liverpulun eyniadlı təmsilçisi Premyer Liqanın turnir cədvəlində 6-cı yerdədir.
 

writer photo
Əlirza Əlirzalı
0