“Liverpul” azarkeşlərinə məhdudiyyət
13.10.2023 - 17:03
“Liverpul” azarkeşlərinə məhdudiyyət

Azarkeşlər “Liverpul”un ev oyunlarını tribunadan canlı izləyə bilməyəcəklər.

Apasport.az xəbər verir ki, buna səbəb “Enfild Roud” stadionunda aparılan yenidənqurma işləridir.

Əslində mövsümün açılışına kimi bu işlərin yekunlaşacağı gözlənilirdi. Amma yeni tribunanın tikintisinin uzanması üzündən stadiona məhdud sayda azarkeşin buraxılacaq. 

Qeyd edək ki, 2021-ci ildən başlanan inşaat işləri tamamlandıqdan sonra “qırmızılar”ın arenası 61 min tamaşaçı tutumuna malik olacaq.

writer photo
Əlirza Əlirzalı
0