"Liverpul" hücumçusunu itirdi
19.02.2024 - 10:43
"Liverpul" hücumçusunu itirdi

"Liverpul"un hücumçusu Dioqo Jota yaxın aylarda meydana çıxa bilməyəcək.

Apasport.az “Rekord”a istinadla xəbər verir ki, portuqaliyalı Premyer Liqada şənbə günü "Brentford"a qarşı (4:3) keçirilən matçın 44-cü dəqiqəsində zədə səbəbindən əvəzlənib.

Mənbənin məlumatına görə, 27 yaşlı oyunçu dizindən zədələnib. Forvard təxminən 2 ayı buraxmalı olacaq.

Dioqo Jota bu mövsüm bütün yarışlarda 28 matçda 14 qol vurub və 4 məhsuldar ötürmə edib. 

 

writer photo
Əlirza Əlirzalı
0