“Liverpul” müdafiəçi alır
25.12.2023 - 23:16
“Liverpul” müdafiəçi alır

"Liverpul" müdafiə xəttini gücləndirmək arzusundadır.

Apasport.az xəbər verir ki, "Sportinq"in müdafiəçisi Qonsalo İnasio “qırmızlar”ın hədəfindədir.

Premyer Liqa klubu Portuqaliya millisinin də şərəfini qoruyan 22 yaşlı arxa xətt oyunçusunu heyətə cəlb etməyin imkanlarını araşdırır. Futbolçunun müqaviləsində 60 milyon avroluq sərbəst qalma maddəsi nəzərdə tutulub. "Liverpul" belə bir məbləği ödəməyə tələsmir.

Qeyd edək ki, 2012-ci ildən “Sportinq”in heyətində çıxış edən İnasio bu mövsüm 23 oyunda 3 dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0