"Liverpul"da yeni idman DİREKTORU
20.03.2024 - 21:19
"Liverpul"da yeni idman DİREKTORU

"Liverpul"un yeni idman direktoru müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu vəzifəni artıq Riçard Hyuz yerinə yetirəcək. 

44 yaşlı mütəxəssis daha əvvəl “Bornmut”da texniki direktor kimi çalışıb və ümumilikdə 10 il rəhbərlikdə çalışıb.

O, futbolçu karyerası ərzində “Bornmut” (1998-2002 və 2012-2014), “Portsmut” (2002-2011) və “Qrimsbi Taun”da (2003) çıxış edib. Əlavə olaraq Şotlandiya millisində də 5 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0