İngiltərə Premyer Liqasının IV turunda rekord qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, “Liverpul” “Bornmut”u 9:0 hesabı ilə məğlub edib.
Bu, mersisaydlıların tarixinə Premyer Liqadakı ən böyükhesablı qələbə kimi düşüb. Ümumilikdə isə “Liverpul” üçüncü dəfə çempionatda 9 top fərqi ilə qalib gəlib. 1899-cu ildə “Roterhem Taun”u 10:1 hesabı ilə yenən komanda 1989-cu ildə “Kristal Pelas”ı 9:0 hesabı ilə üstələyib.
Premyer Liqa tarixində isə 4-cü dəfə bu hesab qeydə alınıb. Rekordu 1995-ci ildə “İpsviç”i darmadağın edən “Mançester Yunayted” müəyyənləşdirib. 2019-cu ildə “Lester” “Sauthempton”a, ötən il “Mançester Yunayted” “Sauthempton”a eyni hesabla qalib gəlib.