“Liverpul”un sabiq futbolçusu “Betis” yolunda
20.05.2024 - 13:27
Məşhur ispan yarımmüdafiəçi Tiaqo Alkantara "Liverpul"dan azad agent kimi ayrılıb.
Apasport.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, oyunçunun La Liqada işləmək imkanı var.
Futbolçuya əsas namizəd Sevilyanın “Betis” klubu hesab olunur. Tərəflər arasında danışıqlar aparılır.
Alkantara karyerasını İspaniya çempionatında davam etdirməyə hazırdır.
“Transfermarkt” portalı oyunçunun dəyərini 10 milyon avro olaraq qiymətləndirir.
0
0