“Liverpul”un yarımmüdafiəçi planı
12.09.2022 - 22:31
“Liverpul”un yarımmüdafiəçi planı

“Liverpul”un futbolçusu Aleks Oksleyd-Çemberlen klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin “Aston Villa”ya keçidi gözlənilir.

Bu, iki klub arasında oyunçu dəyişikliyi sayəsində gerçəkləşəcək. Yarımmüdafiəçi Duqlas Luis Birminhem klubundan “Liverpul”a keçəcək.

24 yaşlı Luis 2019-cu ilin yayından indiki klubunda çıxış edir. “Mançester Siti”dən transfer olunan yarımmüdafiəçi 117 oyunda 7 qol vurub. Onun müqaviləsi gələn ilin yayında başa çatacaq.

Qeyd edək ki, Çemberlen zədə üzündən cari mövsümdə meydana çıxmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0