“Liverpul”un yeni hədəfi
26.04.2023 - 14:01
“Liverpul”un yeni hədəfi

“Liverpul”un yayda heyətinə qatmaq istədiyi yarımmüdafiəçinin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Cud Bellinqemin transferindən imtina edən İngiltərə klubunun hədəfinə Kelvin Filipsi düşüb.

Mersisaydlılar onu heyətinə qatmağa qərar verib. “Mançester Siti”də kifayət qədər oyun praktikası qazanmayan yarımmüdafiəçinin özü də klubunu dəyişmək arzusundadır. 

“Qırmızılar” onun üçün 35 milyon avro ödəməyə hazırdır. Bu keçidin mövsümün sonunda gerçəkləşəcəyi gözlənilir.

Qeyd edək ki, mançesterlilər Kelvini ötən il “Lids”dən 45 milyon avroya transfer edib.

writer photo
Əlirza Əlirzalı
0