Lokatellinin "Yuventus"dakı gələcəyi...
09.11.2023 - 19:38
“Yuventus” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Apasport.az xəbər verir ki, Turin təmsilçisi yarımmüdafiəçi Manuel Lokatellini komandada saxlamaq qəraına gəlib.
25 yaşlı italiyalının yeni razılaşması 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Lokatelli 2021-ci ildən "Yuventus"da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 11 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Transfermarkt” portalı Manuelin dəyərini 30 milyon avro olaraq qiymətləndirir.
0
0