Luis Enrike və PSJ anlaşıb
18.06.2023 - 18:44
Luis Enrike və PSJ anlaşıb

PSJ-də baş məşqçi müəmması davam edir.

Apasport.az saytı xəbər verir ki, Luis Enrikenin Paris klubuna rəhbərlik edəcəyi gözlənilir.

Bunun üçün ilk növbədə PSJ hazırki baş məşqçi Kristof Qaltye ilə yolları ayrılmalıdır. Tərəflər müqavilənin xitam verilməsi ilə bazğlı razılıq əldə etməyiblər. Luis Enrike klub rəhbərliyi ilə ilkin danışıqlar aparıb. İspaniyalı mütəxəssisin tələbləri ilə komandanın fikirləri üst-üstə düşdüyü üçün bu variantın reallaşacağı bildirilir.

Qeyd edək ki, Zinəddin Zidan və Yulian Naqelsman da baş məşqçi vəzifəsinə namizədlər siyahısındadır.
 

writer photo
Əlirza Əlirzalı
0