Lukakuya 50 milyonluq vəd
24.07.2023 - 11:06
“Əl-Hilal” Romelu Lukakunun transfer etməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisi hücumçunun məxsus olduğu “Çelsi”yə növbəti təklifi göndərib.
Əgər iki klub arasında razılıq əldə olunsa, Romelu böyük məbləğ qazanacaq. Belçikalı forvarda illik 50 milyon avro maaş vəd edilib. 30 yaşlı hücumçu keçidi üçün əlavə 50 milyon bonus da alacaq.
Qeyd edək ki, Lukaku ötən mövsümü icarə əsasında “İnter”də keçirib.
- Rusiya klubu fəaliyyətini dayandıracağı ilə bağlı xəbəri təkzib etdi
- Fernandu Santuş: "Çalışacağıq ki, millini daha ön sıralara aparaq" - YENİLƏNİR
- AVF-nin nümayəndəsi CEV-in idarə heyətinə üzv seçilib
- Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin iclası keçirilib
- Mahir Emrelinin debütü sülhlə başa çatdı
0
0