Macarıstan, Slovakiya və Serbiya AVRO-2024-ün bir addımlığında
16.11.2023 - 10:23
Macarıstan, Slovakiya və Serbiya AVRO-2024-ün bir addımlığında

Bu gün AVRO-2024-ün seçmə mərhələsində IX tura start veriləcək.

Apasport.az xəbər verir ki, turun ilk günündə 9 matç keçiriləcək.

Bu oyunlarda 3 komanda final mərhələsinə vəsiqəni təmin edə bilər. Macarıstan, Slovakiya və Serbiya bugünkü qarşılaşmalardan sonra Almaniyada təşkil olunacaq AVRO-2024-ə yüksəlmək şansına malikdir.

Qeyd edək ki, Fransa, Türkiyə, İspaniya, Şotlandiya, Belçika, Avstriya, Portuqaliya və İngiltərə final mərhələsinə vəsiqə qazanıb. Almaniyadakı turnir 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

AVRO-2024-ün seçmə mərhələsi
IX tur
16 noyabr
A qrupu
21:00. Gürcüstan - Şotlandiya
21:00. Kipr - İspaniya
Xal durumu: İspaniya – 15 (6), Şotlandiya – 15 (6), Norveç – 10 (7), Gürcüstan – 7 (6), Kipr – 0 (7)

F qrupu
21:00. Azərbaycan - İsveç
21:00. Estoniya - Avstriya
Xal durumu: Belçika - 17 (7), Avstriya - 16 (7), İsveç - 7 (6), Azərbaycan - 4 (6), Estoniya - 1 (6)

G qrupu
21:00. Bolqarıstan - Macarıstan
23:45. Monteneqro - Litva
Xal durumu: Macarıstan – 14 (6), Serbiya – 13 (7), Monteneqro – 8 (6), Litva - 6 (7), Bolqarıstan – 2 (6)

J qrupu
23:45. Lüksemburq - Bosniya və Herseqovina
23:45. Slovakiya - İslandiya
23:45. Lixtenşteyn - Portuqaliya
Xal durumu: Portuqaliya – 24 (8), Slovakiya – 16 (8), Lüksemburq – 11 (8), İslandiya - 10 (8), Bosniya və Herseqovina – 9 (8), Lixtenşteyn – 0 (8)
 

writer photo
Əlirza Əlirzalı
0