Macarıstan və Slovakiya AVRO-2024-də
17.11.2023 - 09:56
Macarıstan və Slovakiya AVRO-2024-də

AVRO-2024-ün seçmə mərhələsində IX tura start verilib.

Apasport.az xəbər verir ki, turun ilk günündə 9 matç baş tutub.

Bu oyunlardan sonra daha iki komanda final mərhələsinə vəsiqə qazanıb. Bunlar Macarıstan və Slovakiya milliləridir.

Qeyd edək ki, bunadək Fransa, Türkiyə, İspaniya, Şotlandiya, Belçika, Avstriya, Portuqaliya və İngiltərə final mərhələsinə vəsiqə qazanıb. Almaniyadakı turnir 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək.


AVRO-2024-ün seçmə mərhələsi
IX tur
16 noyabr
A qrupu
21:00. Gürcüstan - Şotlandiya - 2:2

Kvaratsxeliya, 15; 57 - Maktominay, 49. Şankland, 90+3
21:00. Kipr - İspaniya - 1:3
Pileas, 75 - Yamal, 5. Oyarzabal, 24. Xoselu, 28
Xal durumu: İspaniya – 18 (7), Şotlandiya – 16 (7), Norveç – 10 (7), Gürcüstan – 8 (7), Kipr – 0 (8)

F qrupu
21:00. Azərbaycan - İsveç - 3:0

Emin Mahmudov, 3; 89. Renat Dadaşov, 6
21:00. Estoniya - Avstriya - 0:2
Laymer, 24. Leinhart, 40
Xal durumu: Avstriya - 19 (8), Belçika - 17 (7), İsveç - 7 (7), Azərbaycan - 7 (7), Estoniya - 1 (7)

G qrupu
21:00. Bolqarıstan - Macarıstan - 2:2

Delev, 24. Despodov, 79 (pen.) - Adam, 10. Petkov, 90+7 (öz qapısına)
23:45. Monteneqro - Litva - 2:0
Kuç, 3. Yovetiç, 48
Xal durumu: Macarıstan – 15 (7), Serbiya – 13 (7), Monteneqro – 11 (7), Litva - 6 (8), Bolqarıstan – 3 (7)

J qrupu
23:45. Lüksemburq - Bosniya və Herseqovina - 4:1

Olesen, 6. Rodriges, 29 (pen.); 90+5. Martins Pereyra, 56 - Qoykoviç, 90+4
23:45. Slovakiya - İslandiya - 4:2
Kuçka, 30. Duda, 36 (pen.). Haraslin, 47 - Oskarsson, 17. Qudyonsen, 74
23:45. Lixtenşteyn - Portuqaliya - 0:2
Kriştiano Ronaldo, 47. Kanselo, 57
Xal durumu: Portuqaliya – 27 (9), Slovakiya – 19 (9), Lüksemburq – 14 (9), İslandiya - 10 (9), Bosniya və Herseqovina – 9 (9), Lixtenşteyn – 0 (9)
 

writer photo
Əlirza Əlirzalı
0