"Mançester Yunayted" və "Mançester Siti" eyni futbolçu uğrunda mübarizə aparır.
Apasport.az xəbər verir ki, sözügedən komandalar "Kristal Pelas"ın yarımmüdafiəçisi Maykl Oliseyə elçi düşüb.
“Şəhərlilər” futbolçunu yay üçün əsas transfer hədəfi hesab edir. İngiltərə çempionunun 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün 60 milyon funt sterlinq və ya daha çox pul ödəyəcəyi bildirilir.
Fransalı oyunçunun çıxışını diqqətlə izləyən “Mançester Yunayted” isə transfer üçün əlverişli fürsət gözləyir. Yayda “Kristal Pelas” klubuna cəlbedici təklif etməyə hazırlaşan “qırmızı şeytanlar” oyunçunun keçidinə nail olacaqlarına inanırlar.
Qeyd edək ki, “Kristal Pelas”la müqaviləsi 20227-ci ilin yayında başa çatacaq Olise bu mövsüm meydana çıxdığı 11 matçda 6 qol və 3 məhsuldar ötürməyə imza atıb.