“Mançester Siti” “Milan”dan onu istəyir
20.09.2022 - 09:52
“Mançester Siti” “Milan”dan onu istəyir

“Milan”ın futbolçusu Rafael Leao daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçunun xidmətində “Mançester Siti” maraqlıdır.

İngiltərə təmsilçisi bu transferi 2023-cü ilin yayında reallaşdırmaq fikrindədir. Rafaelin “Milan”la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

İtaliya klubu aldığı bütün təklifləri rədd edib. Forvardın müqaviləsində sərbəstqalma məbləği kimi 150 milyon avro göstərilib.

Qeyd edək ki, Leao cari mövsümün 8 oyununda 3 qol və 6 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0