“Mançester Siti”də 3 illik müqavilə
03.10.2022 - 15:33
“Mançester Siti”də 3 illik müqavilə

“Mançester Siti” futbolçusu Fil Fodenlə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçinin yeni anlaşması 2027-ci ilin yayına qədər olacaq.

Tərəflərin artıq bu həftə sözləşməni imzalaması gözlənilir. Filin hazırkı müqaviləsi 2024-cü ildə başa çatacaq.

Qeyd edək ki, “Mançester Siti”nin öz yetirməsi olan Foden 2017-ci ildən əsas komandaya cəlb edilib.
 

writer photo
Əlirza Əlirzalı
0