“Mançester Siti”də yeni müqavilə
29.07.2023 - 12:33
“Mançester Siti”də yeni müqavilə

“Mançester Siti” daha bir futbolçusu ilə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

“Şəhərlilər” Natan Ake ilə yeni müqavilə imzalayıb. 28 yaşlı niderlandlı müdafiəçi 2027-ci ilin yayına qədər Mançester təmsilçisində qalacaq.

Qeyd edək ki, Natan 2020-ci ildən indiki klubunda forma geyinir. O, ötən mövsümün 41 matçında 3 qola imza atıb.

writer photo
Əlirza Əlirzalı
0