"Mançester Siti"dən De Bruyneyə yeni təklif
22.01.2024 - 16:19
"Mançester Siti"dən De Bruyneyə yeni təklif

"Mançester Siti" Kevin De Bruynenin klubda qalmasını istəyir.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ərəblərin komandanın liderinə marağını nəzərə alaraq futbolçusuna yeni müqavilə təklif edib.

32 yaşlı yarımmüdafiəçinin klubla razılaşması il yarımdan sonra başa çatır. İngilislər belçikalının daha bir il klubda qalmasını istəyirlər.

"Mançester Siti"nin yüksək ödənişli oyunçuları sırasında yer alan belçikalının maaşı həftəlik 375 min funt sterlinqdir. Səudiyyə Ərəbistanı klubları isə onun həftəsinə 1 milyon funt sterlinq ödəməyə hazır olduqlarını bəyan ediblər.

Qeyd edək ki, Kevin 2015-ci ilin yayından “Mançester Siti”də çıxış edir. Mövsümün əvvəlini zədə səbəbindən buraxmalı olan De Bruyne meydana çıxdığı 4 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0