“Mançester Siti”dən Haland qərarı
01.05.2023 - 12:51
“Mançester Siti” futbolçusu Erlinq Halandla bağlı qərar verib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun rəhbərliyi norveçli hücumçuya yeni müqavilə təklif edəcək.
Mançesterlilərin belə qərarına 23 yaşlı forvardın “şəhərlilər”in heyətindəki məhsuldar çıxışı səbəb olub. Haland cari mövsümün arxada qalan hissəsində 50 qola imza atıb.
Onun hazırkı müqaviləsi 2027-ci ildə başa çatacaq. “Mançester Siti” Erlinqi daha uzun müddət heyətində saxlamaq niyyətindədir.
Qeyd edək ki, skandinaviyalı futbolçu 2022-ci ilin yayında Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçib.
0
0