"Mançester" və "Barselona"dan futbolçu barteri
12.12.2023 - 18:53
"Mançester" və "Barselona"dan futbolçu barteri

"Mançester Yunayted" və "Barselona" futbolçularını dəyişdirə bilər.

Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" Braziliya millisinin hücumçusu Rafinyanın əvəzinə "Barselona"ya Ceydon Sançonu təklif edir. 

İngilis futbolçu baş məşqçi Erik Ten Haqla münaqişəyə görə komandadan uzaqlaşdırılıb. Mankunyanlar Sançodan yaxa qurtarmaq niyyətindədirlər. Ancaq rəhbərlik hazırki vəziyyətdə 23 yaşlı hücumçunu baha qiymətə sata bilməyəcəyini də bilir.

Məhz bu səbəbdən də onlar oyunçunu verib, əvəzində Rafinyanı almağı düşünürlər.

writer photo
Əlirza Əlirzalı
0