"Mançester Yunayted" "Barselona"nın ulduz hücumçusunu hədəfləyib
25.06.2024 - 15:48
"Mançester Yunayted" "Barselona"nın ulduz hücumçusunu hədəfləyib

Premyer Liqa təmsilçilərindən "Mançester Yunayted" hücum xəttini gücləndirmək istəyir.

Apasport.az "Todofichajes" portalına istinadla xəbər verir ki, portuqaliyalı forvard Joao Feliks "qırmızı şeytanlar"ın diqqət mərkəzinə düşüb.

Ötən mövsüm 24 yaşlı hücumçu "Barselona"da icarə əsasında çıxış edib.

O, La Liqada 30 matçda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Feliksin tam müqaviləsi "Atletiko Madrid"ə məxsusdur.

“Atletiko” hücumçuya 50 milyon avro təklif edilərsə, onunla ayrılmağa hazırdırlar. 

 

writer photo
Əlirza Əlirzalı
0