“Mançester Yunayted” hücumçusu ilə vidalaşır
14.09.2022 - 22:43
“Mançester Yunayted” hücumçusu ilə vidalaşır

“Mançester Yunayted”in futbolçusu Fakundo Pellistri İngiltərə klubunu tərk edəcək.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi 20 yaşlı uruqvaylıdan müqaviləyə qarşılıqlı şəkildə xitam verilməsini xahiş edib.

Cənubi amerikalı hücumçu baş məşqçi Erik Ten Haqın planlarına daxil deyil. Ötən mövsüm Pellistri “Alaves”in formasını geyinib.

Qeyd edək ki, Fakundo La Liqada 21 matç keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0