“Mançester Yunayted” Maquayrı “Çelsi”yə buraxmadı
22.08.2022 - 15:41
“Mançester Yunayted” Maquayrı “Çelsi”yə buraxmadı

Harri Maquayr “Mançester Yunayted”də qalacaq.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun rəhbərliyi kapitanı saxlamağa qərar verib.

Mançesterlilər müdafiəçinin “Çelsi”yə keçməsinə razılıq verməyib. London klubu Maquayrı yarımmüdafiəçisi Kristian Pulişiçə dəyişməyi təklif edib. Amma “qırmızı şeytanlar” 29 yaşlı futbolçusunu buraxmayıb.

Qeyd edək Ki, Maquayr 2019-cu ildə “Lester”dən 87 milyon avroya transfer olunub. Üç ildə 146 oyuna çıxan müdafiəçi 7 qola imza atıb. 
 

writer photo
Əlirza Əlirzalı
0