"Mançester Yunayted" onu mövsümün sonunadək itirdi
13.03.2023 - 10:56
"Mançester Yunayted" onu mövsümün sonunadək itirdi

"Mançester Yunayted"in hücumçusu Alexandro Qarnaço sıradan çıxıb.  

Apasport.az saytı xəbər verir ki, 18 yaşlı hücumçu bir gün öncə aldığı zədə səbəbindən mövsümün qalan oyunlarında “qırmızı şeytanlar”a kömək edə bilməyəcək.

Qarnaço Premyer Liqanın XXVII turunun "Sauthempton"la oyununda (0:0) xəsarət alıb. Matçdan sonra futbolçu “Old Trafford”u qoltuq ağacları və qoruyucu butsla tərk etməli olub. 

Qeyd edək ki, Qarnaço ötən ilin iyul ayından “Mançester Yunayted”in əsas komandasına cəlb edilib. Forvard bu mövsüm 32 matçda 5 qol və 6 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0