"Mançester Yunayted" Zirkzee transferini bitirmək üzrədir
11.07.2024 - 19:45
"Mançester Yunayted" Zirkzee transferini bitirmək üzrədir

Coşua Zirkzeenin “Mançester Yunayted”lə danışıqlar apardığı barədə daha əvvəl məlumat vermişdik.

Apasport.az xəbər verir ki, niderlandlı futbolçunun İngiltərəyə keçidi dəqiqləşib. Bu barədə insayder Fabrizio Romano paylaşım edib.

Zirkzee cümə günü tibbi yoxlanışdan keçəcək. Bundan sonra onun Erik ten Haqla üz-üzə görüşəcəyi gözlənilir. “Mançester Yunayted”in hücumçuya təklif etdiyi müqavilə 2029-cu ilə qədər keçərlidir.

Qeyd edək ki, Coşua ötən mövsümü İtaliyanın “Bolonya” klubunda keçirib və uğurlu çıxışı ilə diqqət çəkməyi bacarıb. 23 yaşlı hücumçu Seriya A-da 37 oyuna çıxıb, 12 qol və 7 qol ötürməsi ilə yadda qalıb. 
 

writer photo
Əlirza Əlirzalı
0