“Mançester Yunayted”də 4 MÜQAVİLƏ
24.12.2022 - 19:34
“Mançester Yunayted”də 4 MÜQAVİLƏ

İngiltərənin “Mançester Yunayted” klubu dörd futbolçu ilə müqavilənin müddətini uzadıb. 

Apasport.az saytı xəbər verir ki, bu haqda “qırmızı şeytan”ların baş məşqçisi Erik Ten Haq məlumat verib. 

Niderlandlı məşqçi sözləşməsi mövsümün sonunda başa çatacaq  Dioqo Dalot, Fred, Markus Reşford və Luk Şou ilə müqaviləni daha 2 il artırdıqlarını açıqlayıb. 

Qeyd edək ki, qapıçı David de Xeanın da müqaviləsi mövsümün sonunda bitəcək. Çalışdırıcı hələlik razılıq əldə edilməyən qolkuperin də komandada qalmasını istəyir.
 

writer photo
Əlirza Əlirzalı
0