“Mançester Yunayted”dən 900 milyonluq müqavilə
31.07.2023 - 17:47
“Mançester Yunayted”dən 900 milyonluq müqavilə

“Mançester Yunayted” idman geyimi tərəfdaşı “adidas”la müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Yeni anlaşma 10 il müddətinə nəzərdə tutulub. Tərəfdaşlıq 2025-35-ci illəri əhatə edəcək.

Bu müddətdə Premyer Liqa klubu ildə 90 milyon funt sterlinq qazanacaq. “Mançester Yunayted”in ümumi qazancı 900 milyon təşkil edəcək. Bu, Premuyer Liqa tarixində ən böyük əməkdaşlıq müqaviləsidir.

Qeyd edək ki, tərəflər arasında indiki müqavilə 2025-ci ildə başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0