İngiltərənin “Mançester Yunayted” klubu futbolçuların həftəlik maaşına limit tətbiq edəcək.
Apasport.az saytı xəbər verir ki, bundan sonra komanda üzvlərinin həftəlik qazancı 200 min avronu keçməyəcək.
İndiki heyətdə ən yüksək ödənişli futbolçu qapıçı David de Xeadır. Həftəlik 375 min funt-sterlinq maaş alan 32 yaşlı futbolçusunun müqaviləsi mövsümün sonunda başa çatacaq. De Xea “qırmızı şeytanlar”la yeni müqavilə imzalamaq istəyərsə məvacibində azalmaya da razı olmalıdır.
Qeyd edək ki, komandanın əsas heyət üzvlərindən Rafael Varan, Harri Maquayr və Kasemironun həftəlik gəlirləri təxminən 200 min avrodur.