“Mançester Yunayted”dən Maquayr qərarı
24.01.2023 - 16:35
“Mançester Yunayted”in yay transfer pəncərəsi ilə bağlı planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu iki futbolçusunu satmağa qərar verib.
Premyer Liqa təmsilçisi Harri Maquayr və Skott Maktominini satmaq niyyətindədir. Mançesterlilər onları mövsümün sonunadək saxlamaq fikrindədir.
“Vest Hem” Maquayrı, “Sauthempton” və “Nyukasl” Maktominini transfer etmək istəsə də, “qırmızı şeytanlar” keçidin yaya qədər reallaşmasına razılaşmayıb.
Qeyd edək ki, cari mövsümdə Harri 8, Skott 15 matç keçirib.
0
0