“Mançester Yunayted”dən rekord təklif
06.02.2023 - 14:47
“Mançester Yunayted”dən rekord təklif

“Mançester Yunayted” Viktor Osimhenin transferi üçün yeni təklif göndərib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu futbolçu üçün “Napoli”yə rekord məbləğ ödəməyə hazırdır.

Premyer Liqa təmsilçisi 24 yaşlı nigeriyalının transferi üçün İtaliya klubuna 120 milyon avro vəd edib. Mançesterlilər bu keçidin yayda reallaşmasını istəyir.

Bu transfer baş tutsa, “qırmızı şeytanlar”ın tarixində ən bahalı keçid olacaq. Hazırda rekord Pol Poqbaya məxsusdur. Fransalı yarımmüdafiəçi üçün 105 milyon avro ödənilib.

Qeyd edək ki, Viktor 2020-ci ildə “Lill”dən 70 milyon avroya alınıb.

writer photo
Əlirza Əlirzalı
0