“Mançester Yunayted”dən "Sevilya"ya
16.01.2024 - 14:08
“Mançester Yunayted”dən "Sevilya"ya

“Mançester Yunayted”in futbolçusu Hannibal Mejbri icarə əsasında "Sevilya"ya keçib. 

Apasport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər La Liqa klubunda forma geyinəcək.

Hannibal 2019-cu ilin yayında “Monako”dan 10 milyon avroya “Mançester Yunayted”ə transfer olunub.

Qeyd edək ki, futbolçu “qırmızı şeytanlar”ın əsas heyətində 13 oyuna çıxıb və 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0