“Mançester Yunayted”dən yeni müqavilə təklifi
15.10.2022 - 22:51
“Mançester Yunayted”dən yeni müqavilə təklifi

“Mançester Yunayted” sağ cinah müdafiəçisi Dioqo Daloya yeni birillik müqavilə təklif edəcək.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” portuqaliyalı futbolçunun mövsümün sonunda komandanı tərk etməsini istəmir.

Bu üzdən də rəhbərlik 23 yaşlı oyunçunun sözləşməsinin yenilənməsini istəyir. Belədə “Barselona” başda olmaqla soyunçu ilə maraqlanan digər klublar gələn yay Dalo uğrunda mübarizəni davam etdirmək istəsələr, astronomik məbləğ təklif etməli olacaqlar.

Qeyd edək ki, Dieqo Dalo 2018-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 12 oyunda 2 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0