“Mançester Yunayted”ə müştəri tapılmır
03.09.2023 - 13:59
“Mançester Yunayted”ə müştəri tapılmır

“Mançester Yunayted”in satışı təxirə salına bilər.

Apasport.az saytı  xəbər verir ki, klubun sahibləri bu barədə yekun qərar verəcəklər.

Qleyzerlər ailəsi “Mançester Yunayted” üçün arzuolunan müştəri tapa bilməyiblər. Onların tələb etdiyi 11,67 milyard avronu Səudiyyə Ərəbistanı şeyxi Əl-Mansur da ödəməyib. Klub rəhbərliyi fanatların təzyiqinə baxmayaq, bu prosesi təxirə salmaq niyyətindədir.

Qeyd edək ki, Qleyzerlər qarşıdakı iki mövsümdə komandanın uğurlar əldə edəcəyini və bu amilin gələcək planlara təsir edəcəyini proqnozlaşdırır.
 

writer photo
Əlirza Əlirzalı
0