“Mançester Yunayted”ə Premyer Liqadan rəqib
06.06.2022 - 19:16
“Mançester Yunayted”ə Premyer Liqadan rəqib

“Benfika”nın hücumçusu Darvin Nunyes daha bir Avropa nəhənginin diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Liverpul” gənc futbolçu ilə maraqlanır.

“Qırmızılar” 22 yaşlı forvardın mümkün transferi ilə bağlı ilkin danışıqlara da başlayıb. Portuqaliya təmsilçisi oyunçusunun keçidindən 80 milyon avroluq gəlir əldə etmək niyyətindədir. Nunyes həmçinin “Mançester Yunayted”, PSJ kimi klubların da gündəmindədir.

Qeyd edək ki, Darvin Nunyesin “Benfika” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0